-
- 31-05-2021, 19:11
- 492
Ata körpəsini öldürdü, ana “süddən boğulub” dedi - VİDEOREPORTAJ
Bakının Binəqədi rayonunda atanın körpə övladını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.
"Report"un əməkdaşları xəbər verir ki, 1 yaşlı oğlu Ruzini qətlə yetirən 28 yaşlı Vüsal Əliyev paytaxtda fəhləliklə məşğul olurmuş. O, hadisənin baş verdiyi evə təxminən iki həftə əvvəl köçübmüş və orada kirayədə qalırmış.
Qonşular deyir ki, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə yollanan V.Əliyev 2020-ci il təvəllüdlü altıaylıq körpəsini boğaraq öldürüb.
Yeganə övladının ölümünə inana bilməyən V.Əliyevin həyat yoldaşı körpənin cansız bədənini götürərək kiçik bir ümidlə küçəyə qaçıb. Köməyə gələnlər Ruzinin öldüyünü görüblər. O isə qonşulara “uşağı əmizdirəndə süddən boğulub” deyib. Lakin ilkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Ev sahibi Təvəkkül İsmayılov kamera önündə danışmaq istəməsə də, "Report"un əməkdaşına bildirib ki, hadisənin törədildiyi evdə yaşayanlar çox sakit ailə olub. Ev sahibinin sözlərinə görə, bir həyətdə yaşasalar da, bu müddət ərzində dava-dalaş səsləri eşitməyib.
Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.