Şəmkirdə güllələnmə - TƏFƏRRÜAT
    • 3-05-2020, 12:50
    • 1 027

Şəmkirdə güllələnmə - TƏFƏRRÜAT

Şəmkir rayonunda 28 yaşlı gəncin qohumu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

News.az “Report”-a istinadən xəbər verir ki, mayın 1-də Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlu rayonun Yeni Həyat kənd ərazisində başının arxa hissəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Binnət oğlu Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb.