Olqa Buzova səhnəyə içkili və narkotikdən istifadə etmiş halda çıxdı - VİDEO
    • 1-06-2021, 11:21
    • 661

Olqa Buzova səhnəyə içkili və narkotikdən istifadə etmiş halda çıxdı - VİDEO

"Dom 2" realiti şousu ilə ulduzu parıldayan Olqa Buzovanın Volqoqraddakı konserti qalmaqala səbəb olub.

News24.az xəbər verir ki, sənətçi səhnəyə 1 saat gec çıxıb. O, gah ağlayıb, gah da gülərək tamaşaçıları salamlayıb. Üç ifasını səsləndirən Olqa daha sonra səhnədən enib. Bir az sonra pərdənin arxasından mikrofonu açıq olan müğənninin söyüşləri eşidilib. Daha sonra yenidən səhnəyə çıxan müğənni tamaşaçılara barmağı ilə qeyri-etik işarə göstərib.

Rusiya mediası iddia edir ki, Buzova səhnəyə içkili və narkotikdən istifadə etmiş halda çıxıb.