Xalidə Bayramovanın yerinə o təyin olundu

Xalidə Bayramovanın yerinə o təyin olundu Hadisə
Səbail Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

News24.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının əmrinə əsasən RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib. /Report.az/