"AZAL" da sərnişin sıxlığı yaşanmayıb" - Rəsmi cavab
    • 14-07-2018, 16:36
    • 1 565

"AZAL" da sərnişin sıxlığı yaşanmayıb" - Rəsmi cavab

Bu gün "news24.az" saytına daxil olmuş telefon zənglərində aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışlarının dayandırılması ilə əlaqədar sərnişin sıxlığı yaşandığı bildirilib.

 Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq.

Paşa Kəsəmənski bildirdi ki, AZAL-dan birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq, hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq dayandırlıb. Bununla bağlı  hava limanında heç bir sıxlıq yaşanmayıb və problem qeydə alınmayıb.