Şəki sakinindən narkotik götürüldü
    • 2-06-2021, 10:38
    • 349

Şəki sakinindən narkotik götürüldü

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onda 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə-qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.