"Beynəlxalq təşkilatları hadisəyə qiymət verməyə çağırırıq"
    • 4-06-2021, 17:53
    • 352

"Beynəlxalq təşkilatları hadisəyə qiymət verməyə çağırırıq"

"Biz Azərbaycan mediası olaraq bunu şiddətlə pisləyirik və bütün beynəlxalq təşkilatları hadisəyə qiymət verməyə çağırırıq".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib. O bildirib ki, bu, Ermənistan tərəfindən jurnalistlərimizə və mülki şəxslərimizə qarşı növbəti terror aktıdır: "Allahdan ölənlərə rəhmət diləyirik, ailələrinə başsağlığı veririk və yaralılara şəfa diləyirik".