"Formula 2": İkinci sprint yarışı başladı
    • 5-06-2021, 18:15
    • 731

"Formula 2": İkinci sprint yarışı başladı

Bakıda "Formula 2" üzrə ikinci sprint yarışına start verilib.

News24.az xəbər verir ki, bununla da Azərbaycan Qran-prisində ikinci günün son mübarizəsi başlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.