Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakı trasında keçiriləcək
    • 6-12-2018, 16:52
    • 1 537

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakı trasında keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu il Formula 1 mövsümünün təqvimini təsdiq edib.

Ənənəvi olaraq, yeni mövsümün ilk Qran-Prisi Avstraliyada olacaq. Melburndakı avtodromda yürüş martın 17-də keçiriləcək. Həmişə olduğu kimi, yekun yürüş dekabrın 1-də Əbu-Dabinin Yas-Marina avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-dan 28-dək Bakı trasında olacaq.
Formula 1 üzrə 2019-cu il mövsümünün təqvimi:
Martın 17-si – Avstraliya Qran-Prisi
Marın 31-i – Bəhreyn Qran-Prisi
Aprelin 14-ü – Çin Qran-Prisi
Aprelin 28-i Azərbaycan Qran-Prisi
Mayın 12-si İspaniya Qran-Prisi
Mayın 26-sı Monako Qran-Prisi
İyunun 9-u Kanada Qran-Prisi
İyunun 23-ü Fransa Qran-Prisi
İyunun 30-u - Qran-Prisi
İyulun 14-ü Böyük Britaniya Qran-Prisi
İyulun 28-i Almaniya Qran-Prisi
Avqustun 4-ü Macarıstan Qran-Prisi
Sentyabrın 1-i Belçika Qran-Prisi
Sentyabrın 8-i İtaliya Qran-Prisi
Sentyabrın 22-si Sinqapur Qran-Prisi
Sentyabrın 29-u Rusiya Qran-Prisi
Oktyabrın 13-ü Yaponiya Qran-Prisi
Oktyabrın 27-si Meksika Qran-Prisi
Noyabrın 3-ü ABŞ Qran-Prisi
Noyabrın 17-si Braziliya Qran-Prisi
Dekabrın 1-i Əbu-Dabi Qran-Prisi

//AZƏRTAC