İşğaldan azad olunan Şelli kəndində narkotik tərkibli bitkilər aşkarlandı - FOTOLAR
    • 7-06-2021, 10:14
    • 311

İşğaldan azad olunan Şelli kəndində narkotik tərkibli bitkilər aşkarlandı - FOTOLAR

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.