"Kondisioner havası olan-qalan səsimi də batıracaq" - RAMAL
    • 7-06-2021, 11:08
    • 409

"Kondisioner havası olan-qalan səsimi də batıracaq" - RAMAL

Müğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə yayımladığı yarıçılpaq fotolarını tənqid edənlərə cavab verib.

News24.az xəbər verir ki, yenidən eyni formada şəkil paylaşan sənətçi "Eybi yox həmişə mahnılarıma "əla, super" deyilməyəcək ki, bir az da tənqid olunum. İsti imkan versə, köynək geyinərəm. Kondisioner havası olan-qalan səsimi də batıracaq" sözlərini yazıb.

Qeyd edək ki, Ramal daha sonra əvvəl paylaşdığı fotoları silib.