"Zaman da susub..." - RAMAL İSRAFİLOV
    • 11-01-2021, 10:22
    • 435

"Zaman da susub..." - RAMAL İSRAFİLOV

Müğənni-bəstəkar Ramal İsrafilovun sosial şəbəkədə yazdığı statusu diqqət çəkib.

News24.az xəbər verir ki, sənətçi son günlər şou aləmində baş verən qalmaqallardan danışıb: "Hamı kimi hərdən bir şəkil çəkib paylaşırıq. Zaman da susub. Amma nə düşünürük, nə fikirləşirik... Bilən bilmədiyindən, bilməyən elə bilmədiyindən danışır. Bu, sonluq bitməz, ömür azalır... Hərəkət elə, çapala, tələs - niyə? Ən doğrusu mənəm, sənsən deyirik, bəs onda bu qədər səhvləri hara düzək? Sən mənə, mən sənə, biz hamıya yüklənək... Vaxt da susub, danışmır. Amma sürətlə gedir, uçur... Biz isə elə hey danışırıq: kimdən, düzdən, səhvdən. Kimdən soruşaq səbəbi?".

Sevda Bayramova