-
- 3-11-2018, 12:25
- 898
Pakistanın keçmiş senatoru öldürülüb
Pakistanın tanınmış din xadimi, “Camaat-üləma-e-İslam” Partiyasının lideri, keçmiş senator Sami ül-Həqq Sami əl-Həqq ölkənin Ravalpindi şəhərində öldürülüb.
“Anadolu” agentliyi xəbər verir ki, bunu onun oğlu Həmid ül-Həqq bildirib.
Onun sözlərinə görə, atasının çoxsaylı bıçaq yarası olan meyitini evdə aşkar ediblər: “O, naməlum şəxs tərəfindən öz evində hücuma məruz qalıb. Onun qana bulaşan meyitini sürücüsü aşkar edib”.
Hücumun səbəbi hələ ki, məlum deyil.
Qeyd edək ki, Sami ül-Həqq Sami əl-Həqq həm də “Taliban” hərəkatının mənəvi lideri sayılırdı.
//Anadolu