Polşa HHQ-nin "MiQ-29"-u yanaşı uçan digər qırıcıya atəş açdı
    • 8-06-2021, 12:03
    • 460

Polşa HHQ-nin "MiQ-29"-u yanaşı uçan digər qırıcıya atəş açdı

Polşa Hərbi Hava Qüvvələrinin "MiQ-29" qırıcısı təlim zamanı səhvən özü ilə yanaşı digər qırıcıya atəş açıb.

News24.az xəbər verir ki, hadisə zamanı ölən olmasa da qırıcıya ciddi ziyan dəyib. Pilot təyyarəni uğurla endirə bilib. Bildirilib ki, "MiQ-29"-un gövdə konstruksiyasının vacib elementləri zədələndiyindən təmir edilə bilməz.