-
- 8-06-2021, 12:29
- 782
"Qayınanam bütün günü Kənanı danlayır" - AYGÜN - VİDEO
Müğənni Aygün Mahmudova (Şükürova) ARB TV-də yayımlanan "Söz baz" verilişinin qonağı olub.
News24.az xəbər verir ki, ifaçı söhbət əsnasında həyat yoldaşı, rejissorr Kənan M.M-in ona dəstək olmadığını etiraf edib: "Türkiyədə müsabiqədə qalıb orada işləsəydim, daha da tanınmış olardım, irəli gedərdim. Ebru Gündeş, Sibel Can səviyyəsində bir müğənni ola bilərdim. Amma Kənan sənətdə mənə dəstək olmadı. Hər gün evdə mahnı oxuyuram. Uşaqlar da deyir ki, ay ana, nə qədər oxuyursan? Başa düşmürlər ki, oxumasam, ürəyim partlayacaq, öləcəm".
İfaçı həmçinin də qayınanasından danışıb: "Qayınanam hər zaman yanımda olub. Bütün günü Kənanı danlayır. Deyir ki, Aygünə bir klip çək, dəstək ol. Heç vaxt oxumağıma mane olmayıb, əksinə. Deyib gəl, otağımda nə qədər istəyirsənsə oxu, məşq elə. Hər kəsə belə bir qayınana arzu edirəm. Zamanında çox gözəl səsi olub, amma oxumasına icazə verməyiblər. Ona görə mənə dəstəkdir".