-
- 25-08-2020, 12:01
- 868
"Həyat yoldaşımdan öncə..." - ELMAN SİRRLƏRİ AÇDI
Rusiya şou-biznesində məhşurlaşan həmyerlimiz Elman Zeynalov "Birlikdə" (Вместе) adlı "Youtube" layihəsinin qonağı olub.
News24.az xəbər verir ki, müğənni söhbət əsnasında bir çox maraqlı məqamlara aydınlıq gətirib.
O, məktəb illərindən söz açıb: "Ətrafımda daima məndən yaxşıları olub, amma mən heç vaxt onları qısqanmamışam. Əksinə daima onlara çatmaq üçün var gücümlə çalışmışam. O, zamanlar yanımda çox az insan olub. Çünki çoxları istedadlı olduğuma inanmayıb məni mənəvi sıxışdırırdılar".
İfaçı insan həyatına zərbə vuran pis vərdişlərdən də söz açıb: "İçkiyə o qədər də, meyilli olmamışam. 16-17 yaşlarımda olub ki, sinif yoldaşlarımızla məktəbdən sonra müəyyən alkoqollu içkilərdən istifadə etmişəm. Amma onu da etiraf edim ki, hər dəfə o halda evə girəndə özümdən utanırdım. Heç vaxt istəməzdim ki, valideynlərim məni sərxoş, siqaretə düşkün, ya da narkotik vasitələrdən qəbul etmiş kimi görüb məyus olsunlar. Amma ümumilikdə alkoqol düşkünü deyiləm".
Müğənni koreyalı həyat yoldaşından danışıb: "Həyatımda iki, üç dəfə ciddi münasibətim olub, amma yoldaşımdan öncə iki il həyatımda heç kim olmayıb. Çünki əsl sevginin axtarışındaydım və onu tapandan qısa zaman sonra evləndik".
Sevda Bayramova