"Allah bizdən üz çevirib" - Paşinyan
    • 8-06-2021, 17:37
    • 590

"Allah bizdən üz çevirib" - Paşinyan

"Bizim üçün ən böyük, ən çətin sual 2020-ci ildə məğlub olmağımızla bağlıdır. Bunun müxtəlif səbəbləri ola bilər - hərbi, siyasi, geosiyasi, iqtisadi..."

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan deyib. Seçiciləri ilə görüşən Paşinyan sözlərinə belə davam edib: "Sizin üçün qeyri-adi görünməsin, amma bu gün ağlıma gələn bir fikri bölüşəcəm. Düşünürəm ki, Allah bizdən üz çevirib".