Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi - ÖZƏL
    • 9-06-2021, 18:17
    • 962

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi - ÖZƏL

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyə yeni Aparat rəhbəri təyin olunub. 

News24.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Həsən Həsənli təyin edilib.

Xatırladaq ki, qeyd olunan vəzifədə son dövrə qədər Muxtar Məmmədov çalışıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin aprelin 30-da M.Məmmədov nazirin müavini vəzifəsinə təyin edilib. 

Bu gün nazirin əmri ilə Aparat rəhbəri təyin edilən Həsən Həsənli isə son dövr ərzində aparat rəhbərinin müavini vəzifəsini icra edib.