Alkoqolsuz içki sexində qanunsuzluqlar - Foto
    • 9-06-2021, 18:25
    • 401

Alkoqolsuz içki sexində qanunsuzluqlar - Foto

Ağdaş rayonu, Xosrov kəndində fəaliyyət göstərən fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində reyd keçirilib.

AQTA-dan News24.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də, qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti heç bir əsas olmadan 150 gün artırılaraq, 180 gün qeyd edildiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.