"1 il 3 ay müddətində məscidlərin dəyərini hiss elədik" - VİDEO
    • 9-06-2021, 20:56
    • 525

"1 il 3 ay müddətində məscidlərin dəyərini hiss elədik" - VİDEO

1 il 3 ay bağlı olan məscidlər nəhayət ki, sabahdan etibarən qapılarını ziyarətçilərin üzünə açacaq.

Məscidə gəlmək istəyən vətəndaşlar özləri ilə birlikdə COVİD-19 pasportu və ya İmunnitet sertifikatı götürməlidir.

Eyni zamanda məscidə daxil olan zaman vətəndaşın mütləq şəkildə tibbi maskası olmalıdır.

Girişdə karantin rejiminə uyğun olaraq hər bir ziyarətçinin qızdırması ölçüləcək. Əgər hər hansısa problem yaranarsa. vətəndaş məscidə buraxılmayacaq. 

Onu da qeyd edək ki, böyük məscidlərə 50 nəfərdən artıq insan buraxılmayacaq.

News24.az-ın əməkdaşları Cümə Məscidində hazır işləri ilə tanış olub.


Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, professor, ilahiyyatçı Hacı Surxay Məmmədli məscidlərin ziyarətçi qəbuluna yenidən başlanmasıyla bağlı fikirlərini News24.az-la bölüşüb: "Başlamaq çətin olur, amma bir müddət sonra möminlərin duaları sayəsində hər şey daha rahat olacaq və əvvəlki həyatımıza yenidən qayıdacağıq. 1 il 3 ay müddətində məscidlərin dəyərini daha yaxşı hiss elədik".

VİDEO: Fərid Şabanov