Lökbatanda iki yük avtomobili toqquşdu, tıxac yarandı - FOTO
    • 11-06-2021, 08:45
    • 422

Lökbatanda iki yük avtomobili toqquşdu, tıxac yarandı - FOTO

Bakının Qaradağ rayonunda yol qəzası olub.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində baş verən ağır yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. İlkin məlumata görə, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb.

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.