Paytaxt yollarında sıxlıq yaranıb
    • 11-03-2021, 19:45
    • 443

Paytaxt yollarında sıxlıq yaranıb

Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində çətinlik yaranıb.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, Atatürk və Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Eyni zamanda Neftçilər prospekti-Azneft dairəsi istiqamətində də nəqliyyat vasitələrinin sıxlıq yaranıb. Yollardakı bu sıxlıq müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına mənfi təsir edir.