Nazir: "Çıraqqala" YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil ediləcək"
    • 11-06-2021, 19:21
    • 504

Nazir: "Çıraqqala" YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil ediləcək"

"Çıraqqala" tarixi abidəsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı planlarımız var".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, abidənin və istehkam yerlərinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi gözlənilir: "2019-cu ildə başlanılan bərpa-konservasiya işlərinin cari ilin sonuna yekunlaşdırılması planlaşdırılır"