-
- 13-06-2021, 17:21
- 509
“Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq” - HİKMƏT HACIYEV
İşğaldan azad edildikdən sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfəri təşkil olunur.
News24.az xəbər verir ki, bunu xarici diplomatik korpus nümayəndələri ilə Ağdamda səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, azad olunmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, Ağdamda müsbətə doğru çox böyük dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb.
“Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək”, - deyə H.Hacıyev qeyd edib. /unikal.org