-
- 14-06-2021, 15:48
- 1 046
Pandemiyalı "Son zəng"in məzunları - VİDEOREPORTAJ
Bu gün Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində hər bir şagirdin həyatında baş verən ən önəmli hadisələrdən biri olan “Son zəng” tədbiri baş tutdu.
Biz isə News24.az olaraq paytaxtda yerləşən 220 nömrəli məktəb – liseydə tədbirin ovqatını müşahidə etdik.
220 nömrəli məktəb - liseyində keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Muxtar Məmmədov, media nümayəndələri, məzunlar və məhdud sayda müəllimlər iştirak etdilər.
"Son zəng" tədbiri tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirildi.
Təhsil nazirinin müavini Muxtar Məmmədov təəssüratlarını jurnalistlərə bölüşdü: “İlk növbədə bütün məzunları təbrik edirəm. Builki "Son zəng" əvvəlki illərdən fərqli oldu. Təəssüflər olsun ki, 11-cilər pandemiya şəraitinin yaratdığı məhdudiyyətə görə əyani təhsil ala bilmədilər. Lakin bu günə qədər olan təhsil nailiyyətləri onu göstərir ki, təhsilə əngəl yoxdur. Bu vəziyyətdə belə məsafədən də olsa, şagirdlərin təhsil alması üçün şərait yaradıldı. Televiziyalar vasitəsilə "Virtual məktəb" quruldu. Onlayn tədris davam etdi. Müəyyən dövrlərdə pandemiya şəraitindən asılı olaraq tədris həyata keçdi.
Bu il 84 min şagirdimiz təhsili başa vurdular. Onların bundan sonrakı həyatında uğurlar arzulayıram”.
220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova 124 məzunu yola saldıqları üçün qürurlu olduqlarını qeyd edib: "Şagirdlərimizin təhsildə qazandıqları nailiyyətlər sağlam gələcəyimizin inşasına mühüm töhvə olacaq. Əminik ki, şagirdlərimiz məktəblərdə öyrəndikləri bilikəri öz həyatlarında tətbiq edəcəklər və Azərbaycanı müxtəlif arenalarda, sahələrdə yüksək səviyyələrdə təmsil edəcəklər".
Məktəbin "11x" sinfinin məzunu Quliyeva Nüşabənin gözlərindən sevinci görmək mümkün idi. O, məktəbi bitirib, yeni həyata qədəm qoymaqdan çox məmnun olduğunu dedi: "Ən gözəl günlərimdən biridir bu gün. Məktəbdən sonra isə universitetə qəbul olsam, kompüter və ya mühəndislik ixtisasları üzrə davam etmək istəyirəm".
"11r" sinfinin məzunu Cəbili Ülvi ötən ildən fərqli olaraq bu il məhdud sayda da olsa, "Son zəng" tədbirinin baş tutmasından razılığını bildirdi: "Bu tədbir 11 ildən xatirə qalacaq. Sevincimi ifadə edə bilmirəm. İnşallah mühəndis olmaq istəyirəm. Ən əsası vətənimiz üçün xeyirli övlad olmaq niyyətindəyəm".
"11r" sinfinin digər məzunu Nigar Məmmədzadə məktəbin ikinci evləri olduğunu, tərk etməyin asan olmayacağını bildirdi: "Müstəqil həyata qədəm qoymaq məcburiyyətindəyik. Artıq öz ayaqlarımızın üzərində durmalıyıq. İnşallah daha çox uğurlara imza ataram. Gələcəkdə memar olmaq fikrim var.
Məktəbdən yadımda qalan maraqlı hadisə isə yeni ildə yolkasının yanmağıdır".
Qeyd edək ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 34 874, XI siniflərini isə 20 024 nəfər bitirib. Paytaxtda 44 847 nəfər I sinfi, 146 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.
Xatırladaq ki, 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək. Eyni zamanda tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.
Reportajı təqdim edirik:
Müxbir Məhərrəm Əliyev
Video: Fərid Şabanov
Foto: Teymur Məmmədov