Bu il “Son zəng” belə keçiriləcək - Təhsil Nazirliyindən AÇIQLAMA
    • 27-04-2021, 17:11
    • 552

Bu il “Son zəng” belə keçiriləcək - Təhsil Nazirliyindən AÇIQLAMA

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də “Son zəng” hesab olunur. 

News24.az-ın əldə etdiyi məlumata görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.

Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Builsə yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması labüd olacaq. 

Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavabladı: "Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".