Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 650 mina aşkarlandı
    • 14-06-2021, 16:52
    • 489

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 650 mina aşkarlandı

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan News24.az-a bildirilib ki, iyunun7-dən 12-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 596 piyada əleyhinə mina, 54 tank əleyhinə mina və 144 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 111.6 hektar ərazi mina və PHS-lardan təmizlənib.