Putin və Baydenin görüşü 5 saat davam edəcək
    • 15-06-2021, 14:41
    • 437

Putin və Baydenin görüşü 5 saat davam edəcək

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasındakı görüş fasilələrlə və format dəyişikliyi ilə 4-5 saat davam edəcək.

News24.az xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Qeyd edək ki, liderlərin ilk sammiti sabah Cenevrədəki "Villa La Grange"da baş tutacaq. Bundan sonra tərəflərin hər biri öz mətbuat konfranslarını keçirəcəklər.