Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 165 mini ötüb
    • 17-06-2021, 16:00
    • 368

Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 165 mini ötüb

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib.

Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.
2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 580 nəfər uşaq təhsilə cəlb edilib. /Trend/