Soyuqdəymə koronavirusdan qoruya bilər - Alimlərdən kəşf
    • 18-06-2021, 09:44
    • 703

Soyuqdəymə koronavirusdan qoruya bilər - Alimlərdən kəşf

Alimlər koronavirusdan qorunmağın qeyri-adi üsulunu tapıblar.

News24.az xəbər verir ki, ABŞ-ın Yale Universitetinin tədqiqatçıları soyuqdəymələrin insanı COVID-19-dan qoruya biləcəyini aşkar ediblər.

Təcrübə zamanı laboratoriyada tənəffüs yollarının toxumaları yetişdirilib. Həmin toxumalar əvvəlcə soyuqdəyməyə səbəb olan rinovirusa, daha sonra isə koronavirusa yoluxdurulub.

Bəlli olub ki, rinovirusla təmasdan sonra immunitet sistemi işə düşüb və SARS-CoV-2-nin yayılması dayanıb.

Mütəxəssislər bildiriblər ki, buna səbəb xəstəliyin erkən mərhələsində reaksiya verən və xəstənin bədənində virusun çoxalmasının qarşısını alan interferonun stimullaşdırdığı genlərdir.

Alimlər bu kəşfin koronavirus infeksiyası ilə mübarizə üçün daha təsirli yolların tapılmasına kömək edəcəyini ümid edirlər.