Koronavirusun qeyri-adi simptomu AŞKAR EDİLDİ
    • 12-06-2020, 11:20
    • 611

Koronavirusun qeyri-adi simptomu AŞKAR EDİLDİ

Liverpool Universitetinin alimləri koronavirusun qeyri-adi simptomunu aşkar ediblər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma koronavirusun kəskin pankreatit- mədəaltı vəzinin təhlükəli xəstəliyinə səbəb olduğunu üzə çıxarıb. 

Simptomlar əsasən artıq çəkili gənc kişilərdə üzə çıxıb. Bundan başqa həmin şəxslərdə yüksək qan şəkəri və xolesterol da müşahidə edilib.

Alimlər bildiriblər ki, bu əlamətlər xəstəliyin erkən mərhələsində pankreatitin tez bir zamanda aşkarlanmasına kömək edəcək. 

Vurğulanıb ki, müalicə olmadıqda kəskin pankreatit xəstənin ölümü ilə nəticələnə bilər.