-
- 18-06-2021, 12:57
- 533
Kəmaləddin Heydərov onunla görüşdü
İyunun 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin uyğun qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib. Ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edən nazir Kəmaləddin Heydərov cari ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.
Səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı qardaşlıq və qarşılıqlı dostluq münasibətləri çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin uyğun dövlət qurumları arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.