Keçmiş məhkum silahla küçədə yaxalandı
    • 18-06-2021, 12:56
    • 563

Keçmiş məhkum silahla küçədə yaxalandı

Ağcabədi rayonunda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a daxil olan məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avşar kəndində yaşayan, əvvəllər məhkum olunmuş İ.Şirinovun evinə baxış zamanı oradan “AK-74” markalı silah, 1 ədəd patron darağı, 30 ədəd patron, 1 ədəd qumbara və içərisində barıt olan torba aşkar edilərək götürülüb.

Eləcə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədzadə Suraxanı rayonu ərazisində saxlanılıb. Ondan “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.