İmişlidə evdən silah-sursat götürülüb
    • 14-08-2020, 12:52
    • 781

İmişlidə evdən silah-sursat götürülüb

İmişlidə evdən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.