Rusiya Türkiyə ilə aviareysləri bərpa edir
    • 18-06-2021, 13:08
    • 403

Rusiya Türkiyə ilə aviareysləri bərpa edir

Rusiya 1 iyul tarixindən Türkiyə ilə aviareysləri bərpa edə bilər.

News24.az xəbər verir ki, bu barədə "Forbes" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Türkiyə ilə reyslərin bərpasına səbəb Rusiyadakı istirahət mərkəzlərinin dolması və bunun da yoluxmaların sayının artmasına gətirib çıxarması göstərilir. 

Həmçinin Türkiyədəki yoluxma sayının stabilləşməsi də Rusiyanın koronavirusla mübarizə Operativ Qərargahının bu barədə qərar qəbul etməsinə şərait yaradıb.