"Qorxuram səni itirməkdən" - VİDEO
    • 18-06-2021, 15:15
    • 814

"Qorxuram səni itirməkdən" - VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Qorxuram səni itirməkdən" mahnısına çəkilən klipini təqdim edib.

News24.az xəbər verir ki, müğənni yeni mahnısının yayı hiti olacağına inandığını deyib: "Mahnı ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Əsasən, bu cür mahnılar daha çox payız aylarında təqdim olunur. Yayda daha çox şən mahnılar təqdim edilir. Mən bir müddət öncə "Baldı balam"ı təqdim etdim, tam şən əhval-ruhiyyəli mahnı idi. Düşündüm ki, yay fəsli olsa da, "Qorxuram səni itirməkdən" dinləyicilərimə sürpriz olsun. İnanıram ki, tamaşaçıların da ürəyincə olacaq".

Qeyd edək ki, sözləri Şərafəddin İlkin, musiqisi Tural Sedalıya  məxsus bəstəni İsmayıl Əlizadə aranjeman edib. Mahnıya rejissor Xəyal Qarayev ekran həyatı verib.