"O, ölkəni idarə edə biləcək" - Zərif İbrahim Raisidən danışdı
    • 19-06-2021, 14:10
    • 459

"O, ölkəni idarə edə biləcək" - Zərif İbrahim Raisidən danışdı

"İbrahim Raisi İran prezidenti seçildi. Gələcəkdə hər kəs onunla işləməli olacaq".

News24.az xəbər verir ki, bu sözləri İranın XİN başçısı Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, hər kəs seçki prosesinə hörmət etməlidir: "Təxminən 20 milyon insan ona səs verdi. Bundan sonra hər birimiz onunla razılığımız olub-olmamağımızdan, aparıdığı siyasəti bəyənib-bəyənməməyimizdən asılı olmayaraq bu şəkildə çalışmalıyıq. O, xalq tərəfindən seçilib. Mən onunla 30 il işləmişəm. O ölkəni idarə edə biləcək".