İranın xarici işlər naziri Ermənistanda səfərdədir
    • 26-05-2021, 10:10
    • 373

İranın xarici işlər naziri Ermənistanda səfərdədir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ermənistana səfəri başlayıb.

News24.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif Ermənistanın baş naziri səlahiyətlərini yerinə yetirən Nikol Paşinyan və həmkarı Ara Ayvazyanla görüşəcək.

Qeyd edək ki, M.C.Zərif mayın 25-də Bakıda səfərdə olub. Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib.