Qəbələdə yeniyetmə intihar etdi

Qəbələdə yeniyetmə intihar etdi Hadisə
Qəbələdə intihar hadisəsi baş verib.

Hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. /Report/