"Onu at yerinə qoydum" - Elza Seyidcahan - VİDEO
    • 21-06-2021, 11:15
    • 453

"Onu at yerinə qoydum" - Elza Seyidcahan - VİDEO

"Azərbaycanın gözəl səsli müğənnisidir. Mənim üçün hər şey qalıb keçmişdə. Çoxlu mənfiləri var, amma onları demərəm. Mən efirdə ona nəsə demişəmsə, tərifləmişəm. Tərifimi çeviriblər, deyiblər ki, bizə pis söz deyir".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan "33 sual" rubrikasında deyib. O, küslü olduğu müğənni Mətanət Əsədovadan danışıb: "Mən onu qaldırıb qoymuşam at yerində. İçimdən tərifləmişəm. O sözdən sonra atdan yuxarıda da otura bilərdi. Mən gördüyümü onlar görə bilməyib. İnsanlar da savaşda  bir-birini tanıyır. Yaxşı ki, mən savaşdım, tanıdım. Onun səsini bəyənirəm, amma mahnıları, repertuarı yoxdur".