Azərbaycanda koronavirusla bağlı yeni statistika açıqlandı
    • 21-06-2021, 11:55
    • 291

Azərbaycanda koronavirusla bağlı yeni statistika açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

News24.az xəbər verir ki, yoluxmaların 54,2 faizi Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13 faiz, Aranda 12 faiz, Gəncə-Qazaxda 7,2 faiz, Şəki-Zaqatalada 4,1 faiz, Quba-Xaçmazda 3,1 faiz, Lənkəranda 2,4 faiz, Dağlıq Şirvanda 2,3 faiz, Yuxarı Qarabağda 1,4 faiz, Naxçıvan Muxtar Respublikasında 0,8 faiz-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 faiz təşkil edir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub. Belə ki, Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 faizi bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,4 faizlə Xətai, 12,2 faizlə Yasamal, 11,2 faizlə Sabunçu, 8,2 faizlə Nərimanov və Suraxanı, 7,9 faizlə Nəsimi, 7,2 faizlə Xəzər, 7,1 faizlə Nizami 5 faizlə Səbail, 4,5 faizlə Qaradağ, 0,5 faizlə isə Pirallahı qərarlaşıb.