İşdən çıxarılan məktəb direktorlarının sayı açıqlandı
    • 21-06-2021, 13:09
    • 401

İşdən çıxarılan məktəb direktorlarının sayı açıqlandı

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib. İdarə tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb.

İdarədən News24.az-a verilən məlumata görə, 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb. 1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.