-
- 16-12-2019, 16:18
- 893
18 direktor işdən çıxarıldı
Bu il 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.
News24.az-ın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub: “BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 13 direktorun iş yeri dəyişdirilib”.
R.Tağıyev onu da əlavə edib ki, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb: “Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb”.
Afaq Mİrayiq