Hərbçilərimizin də iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimi başladı - YENİLƏNDİ
    • 22-06-2021, 18:24
    • 431

Hərbçilərimizin də iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimi başladı - YENİLƏNDİ

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlim iyulun 3-dək davam edəcək.

****
17:46


Azərbaycan, Qətər, Pakistan və NATO-nun qatıldığı “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

News24.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin məqsədi iştirakçıların bilik, bacarıq və təcrübələrinin paylaşılmasıdır.