"Fəlakət" həyat yoldaşından BOŞANDI - YENİLƏNDİ
    • 23-06-2021, 18:18
    • 716

"Fəlakət" həyat yoldaşından BOŞANDI - YENİLƏNDİ

"Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucov boşanıb.

News24.az xəbər verir ki, aktyor noyabr ayında həyat yoldaşından ayrılıb.

Xəbəri E. Orucovun həyat yoldaşı İlahə xanım News24.az-a təsdiqləyib: "Boşanma xəbəri doğrudur, amma yeni deyil. Avqust ayında boşanmaya ərizə verdim, noyabrda rəsmən ayrıldıq. Yəqin qarşı tərəf indi yayıb bu xəbəri".

Qeyd edək ki, E.Orucov 2018-ci ildə ailə həyatı qurmuşdu. Onların bu nikahdan bir qız övladları var.