Boşanacağı iddia olunan Elşən təqzib etmədi, toy şəkillərini hələ də silməyib
    • 8-08-2019, 00:17
    • 2 393

Boşanacağı iddia olunan Elşən təqzib etmədi, toy şəkillərini hələ də silməyib

Xəbər verdiyimiz kimi, ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucov həyat yoldaşından ayrılıb. Bu barədə axşam.az saytı məlumat yayıb. Bildirilib ki, “Fəlakət” obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır.
Diqqət çəkən məqam isə aktyorun Instagram hesabında toy fotolarını hələ də saxlaması olub. Bununla yanaşı, hər iki tərəfdən də təqzib xəbərləri gəlməyib.
2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, onlar ATV-də bir yerdə çalışan zaman tanış olublar. Hazırda İlahə ATV-dən uzaqlaşaraq, fəaliyyətini İTV-də davam etdirir.