Bakıda bədbəxt hadisə: qadının evdən yanmış meyiti tapıldı
    • 6-11-2018, 11:05
    • 585

Bakıda bədbəxt hadisə: qadının evdən yanmış meyiti tapıldı

Bu gün səhər saatlarında "Nizami" metro stansiyasının yaxınlığında yaşayış evində qısaqapanmadan yanğın olub.

İlkin məlumata görə, mənzildə olan qadın yanaraq ölüb.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, hadisənin oğurluq zəminində baş verdiyi ehtimal olunur. Belə ki, mənzilə baxış keçirilərkən qızıl-zinət əşyalarının oğurlandığı məlum olub. Hazırda polis araşdırmalara başlayıb.

//Primetime.az