-
- 23-06-2021, 16:25
- 614
"İnanırıq ki, Azərbaycanın dünyaya sülh çağırışı qlobal hərəkata çevriləcək "- NAZİR
“Bu gün “Mədəniyyə naminə sülh” qlobal kampaniyasına start veririk. Bizim üçün tarixi hadisədir. Bu tarixi hadisədə bizə BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi dəstək olacaq. Bildiyiniz kimi, hal-hazırda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos Azərbaycanda səfərdədir. O, dünən Füzuli və Ağdama səfər edib. Oradakı erməni vəhşiliklərini öz gözü ilə görüb və bu faciəni şok adlandırıb. Gördüklərindən olduqca mütəəssir olub".
News24.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, bu kampaniyanın məqsədi, dünyada, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə sülhün bərqarar olunması, mədəni irsin, mədəniyyətin dirçəlməsi üçün bir çağırışdır: "Bu kampaniya bir daha göstərir ki, Azərbaycan işğala məruz qalmasına, tarixi abidələri, evləri dağıdılmasına baxmayaraq, yenə də dünyaya sülh çağırışı edir. Biz inanırıq ki, bu çağırışımızı BMT-nin Sivilizasiyalar Alyansı kimi digər beynəlxalq təşkilatlar da dəstəkləyəcək və bu, qlobal hərəkata çevriləcək”.