-
- 6-11-2018, 11:46
- 1 893
Azərbaycanlı modelyer Aygün Kazımova və Elza Seyidcahana irad bildirdi
Modelyer Şəlalə Maqsudova bu gün "Hər şey daxil" proqramında əksər şou-biznes nümayəndələrindən giley edib.
Bildirib ki, bəzən tikdiyi paltarları geyinən müğənnilər başqa modelyerlərin adına çıxarırlar, ya da pulunu ödəməkdən qaçırlar. Buna misal olaraq, xalq artisti Aygün Kazımovanın və qızı müğənni İlqarənin belə addım atdıqlarını bildirib. Ana Kazımova qızı ilə modelyerin tikdiyi eyni paltarda şəkil çəkdirərək onu instagram hesabında paylaşıb və paltarın Türkiyədə yaşayan və fəaliyyət göstərən modelyer Rüfət İsmayılova məxsus olduğunu qeyd edib.
Bundan başqa, əməkdar artist Elza Seyidcahanın qızının toy libaslarından birini tikən Maqsudova bildirib ki, müğənni həmin paltarı paylaşaraq, dizaynın modelyer Leyla Əhmədovaya aid olduğunu qeyd edib. Canlı yayıma bağlanan Seyidcahan isə şəkli paylaşarkən anlaşılmamazlıq olduğunu bildirərək, qızının toy günündə geyindiyi libaslardan birinin Ş. Maqsudovaya aid olduğunu təstiqləyib.
Proqramın aparıcısı Tarix Əliyev modelyerdən ona borclu olan və haqqına girən şou nümayəndələrinin adlarını çəkməsini israrla istəsə də, modelyer tərəddüd içində qalıb.
News24.az