-
- 25-06-2021, 10:56
- 667
Xaçmazdakı istirahət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirildi - Foto
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə çalışan əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən "River İnn Resort and SPA" və "Orman" istirahət mərkəzlərində maarifləndirnə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirlərdə obyekt rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqları, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını bilmələri və bu qaydalara ciddi şəkildə riayət etmələri xüsusi olaraq vurğulanıb. Eyni zamanda, binanın, eləcə də binaətrafı ərazinin təmiz saxlanılması, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb, işçi heyətə yanğınların ilkin mərhələdə söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.